Xəzər Xəbər

Yeni hücum başlayır - Donald Tramp bu gün ELAN EDƏCƏK

Dünya | 11:58 • 23 Fevral 2018
Yeni hücum başlayır -

ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni genişmiqyaslı sanksiyaları tətbiq etməyə qərar verib.

Bu haqda Ağ Evdəki şəxsi mənbələrə istinadən "Röyters” agentliyi yazıb.

Söhbət Şimali Koreyaya qarşı sanksiyaların ən böyük paketindən gedir. Hədəf KXDR-i nüvə proqramından imtina etməyə və denuklerizasiya prosesinə başlamağa məcbur etməkdir.

Gözlənilir ki, ABŞ prezidenti Donald Tramp mühafizəkar siyasi güclərin nümayəndələrinin konfransında çıxış zamanı yeni sanksiyalar haqqında danışacaq. Konfrans bu gün keçiriləcək. Maliyyə Nazirliyi daha sonra detalları dərc edəcək.

Yanvarın əvvəlində Donald Tramp bildirib ki, Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb, xüsusi halda, Pxenyan Seulla dialoqa başlamağa məcbur olub./publika.az

Xəbər lenti