Xəzər Xəbər

Trampın CNN-ə qarşı müharibəsi davam edir

Dünya | 10:54 • 23 Fevral 2018
Trampın CNN-ə qarşı müharibəsi davam edir

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Twitter səhifəsində CNN-in Floridada məktəbdəki qətliamla bağlı xəbərini "saxta" adlandırıb.

Tramp, "məktəbdə çəkiliş zamanı sağ qalan gənc öncədən yazıllan suallar verildikdən sonra CNN-nin studiyasından çıxdığını yazıb. Demək olar ki, CNN-də bütün xəbərlər saxtadlr. Ona görə də onların reytinqi belə aşağıdır!", - deyə yazıb.

"The Hill" nəşrinin yazdığına görə, Parklənd şəhərindəki atəşdən xilas olan Kolton Haab CNN telekanalında çıxışdan imtina edib. Buna səbəb isə, auditoriyanın ona verəcəyi sualların öncədən CNN əməkdaşları tərəfindən hazırlanması olub.

Xatırladaq ki, 14 fevral tarixində Florida ştatının Parklənd şəhərindəki məktəbdə atışma olmuşdu və nəticədə 17 nəfər ölmüşdü. /FaktXəbər

Xəbər lenti