Xəzər Xəbər

Türkiyəli nazir: Əsəd cavabını aldı

Dünya | 17:30 • 22 Fevral 2018
Türkiyəli nazir:

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrin Afrinə girəcəyi iddialarına cavab verib.

Çavuşoğlu bununla bağlı əlcəzairli həmkarı Əbdülqədir Mesahil ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında danışıb:

"Bizim məqsədimiz bəllidir. PKK/YPG terrorçuları ilə mübarizə aparan heç kimə qarşı deyilik. Çünki terror hamımızın düşmənidir. Əgər YPG-ni qorumaq üçün bura gəlmək istəsələr, buna nail olmayacaqlar. Bundan əvvəl 5-10 avtomobillik karvanla girmək istədilər. Cavablarını aldılar. YPG-yə dəstək verənlər bizim üçün terrorçularla bir səviyyədədir”./teleqraf.com

Xəbər lenti