Xəzər Xəbər

Radiasiya və xərçəng — ABŞ hərbi bazası Avropanı təhlükə altında saxlayır

Dünya | 15:21 • 22 Fevral 2018
Radiasiya və xərçəng

ABŞ-ın Azor dənizindəki hərbi bazası ekoloqların həyəcan təbili çalmasına səbəb olub.

Hərbi bazaya yaxınlıqda yerləşən kənd sakinləri arasında onkoloji xəstələrin sayı artır.

Yerli sakinlərin fikrinə görə, bazada təkcə təyyarələrə yanacaq vurulmur, eyni zamanda torpaq və su üzərində tədqiqatlar aparılır. Nəticədə isə, cənnət adası radioaktiv tullantıların zibilliyinə çevrilir.

Rusiya mətbuatı isə iddia edir ki, ABŞ hərbçiləri bütün Avropanı qlobal ekoloji faciə astanasına gətiriblər. Bazada tonlarla nüvə tullantısı, kimyəvi və bioloji silah artıqları var.

Qrenlandiyada soyuq müharibə illərində inşa edilən "Əsr” hərbi düşərgəsinin "Buz soxulcanı” bazası da bu tiplərdəndir. Bazada üç km uzunluğu olan yüzlərlə tunel var. Artıq buzlar əridiyi üçün bazadakı nüvə tullantıları okean sularına qarışa bilər. Bu isə böyük təhlükə kəsb edir.

Ölkə.Az

Xəbər lenti