Xəzər Xəbər

Air France əməkdaşları maaş üçün ayağa qalxdılar

Dünya | 14:31 • 22 Fevral 2018
Air France əməkdaşları maaş üçün ayağa qalxdılar

Fransanın "Air France" aviaşirkətinin əməkdaşları iş şəraiti və əməkhaqqı siyasətinə etiraz üçün tətilə başlayıblar. Tətilə görə, şirkətin Fransadan başlayan beynəlxalq uzun məsafəli uçuşlarının yarısı ləğv edilib.

  "Air France" əməkdaşlarının təmsil olunduğu 10 ayrı həmkarlar ittifaqları tərəfindən yayımlanan açıqlamada, şirkətin vəziyyətinə işarə edilərək tətil qərarı verildiyi qeyd olunub.

Açıqlamada vurğulanır ki, şirkətin işçilərə təqdim etdiyi iş şərtlərinin yüngülləşdirilməsi və maaşların 6 faiz artırılmasl üçün tətilə başlayıblar.

Son 8 ildə "Air France"də işləyən 15 min insan işdən azad edilib.

Şirkət ölkə daxili uçuşların da böyük hissəsinin baş tutmayacağını açıqlayıb.

"Air France"ın baş direktoru Frank Terner işçilərin 6 faiz artım tələbinin ödənilməsinin qeyri-mümkün olduğunu deyərək, buna imkanlarının olmadığını söyləyib./FaktXəbər

Xəbər lenti