Xəzər Xəbər

İran və İsrail arasında müharibə təhlükəsi XƏBƏRDARLIQ

Dünya | 12:42 • 22 Fevral 2018
İran və İsrail arasında müharibə təhlükəsi

Suriyada xarici oyunçuların müdaxiləsi ilə xarakterizə olan böhran regiondakı vəziyyətin sabitliyini pozur və İsrail ilə İran arasında birbaşa münaqişəyə gətirə bilər.

Belə bir rəylə BMT-nin keçmiş baş katibi Pan Gi Mun çıxış edib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Suriyanın şimalında türklərin PKK yaraqlılarına qarşı mübarizə apardığı ərazilərdəki vəziyyətə, həmçinin ölkədəki vətəndaş müharibəsinə, Holan yüksəkliklərində gərginlik, daxili köçkünlərin qayıtması və qaçqınlarla bağlı böhrana daha çox diqqət ayırmağa səsələyib.

"Bu problemlər yenidən ortaya çıxa, regional sabitliyi ciddi təhlükə altında qoya və region dövlətləri arasında yeni münaqişələrə səbəb ola bilər. Belə sabitlik İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin artmasına, həmçinin İsrail və İranı birbaşa toqquşmaya yaxınlaşdıra bilər”, - deyə, Pan Gi Mun bildirib.

Xəbər lenti