Xəzər Xəbər

“Air France” uçuşların 50 faizini təxirə salıb

Dünya | 17:27 • 21 Fevral 2018
“Air France” uçuşların 50 faizini təxirə salıb

"Air France” kompaniyası əməkdaşlarının keçirdiyi tətillər Parisdən uzaq məsafəli təyyarə reyslərinin azı yarısının təxirə salınmasına səbəb olub.


AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bundan başqa, orta məsafəli reyslərin 25 faizi, yaxın məsafəli reyslərin isə 15 faizi müvəqqəti olaraq həyata keçirilmir.


Kompaniya rəhbərliyi sərnişinlərə ya səfərlərini təxirə salmağı, ya da əlavə ödəniş etmədən biletlərini sonrakı vaxtlarla dəyişməyi tövsiyə edir.


Maaşlarının artırılmasını tələb edən "Air France” kompaniyası əməkdaşlarının tətili bütün gün boyu davam etdirəcəkləri bildirilir.

Xəbər lenti