Xəzər Xəbər

Poroşenko öz kabinetində dindiriləcək

Dünya | 16:23 • 21 Fevral 2018
Poroşenko öz kabinetində dindiriləcək

Kiyevin Obolonsk rayon məhkəməsi Ukrayna prezidenti Pyotr Poroşenkonun sabiq dövlət başçısı Viktor Yanukoviçə qarşı dövlət xəyanəti haqqında iş üzrə şahid qismində dindirilməsi ilə bağlı prokurorların xahişinin təmin edib.

UNİAN agentliyi xəbər verir ki, Poroşenko video konfransın rejimində dindiriləcək.

Dindirmə bu gün yerli vaxtla 15:00-da prezident administrasiyasının binasında başlanacaq və 1,5 saat davam edəcək. Prokurorlardan biri məhkəməni xəbərdarlıq edib ki, dindirmənin gedişatında fasilələr mümkündür, çünki Poroşenkonun telefon vasitəsilə beynəlxalq danışıqları planlaşdırılıb.

Sabiq prezidentin vəkili Vitali Serdyuk bildirib ki, Poroşenko üçün 200-dən çox sual hazırlanıb. Bundan başqa, Serdyuk dindirmənin qısamüddətli olmasından narazılığını ifadə edib. O xatırladıb ki, Yanukoviç məhkəmə məsələlərində altı saat cavab verirdi./publika.az

Xəbər lenti