Xəzər Xəbər

İran hədələdi: “Yerlə yeksan edəcəyik”

Dünya | 16:15 • 21 Fevral 2018
İran hədələdi:

İran İnqilab Keşikçiləri Korpusunun sabiq baş komandanı Möhsün Rzayi Tehranda keçirilən bir toplantıda çıxış edərək, İsrailə və onun baş naziri Benyamin Netanyahuya qarşı təhdid dolu sərt bəyanat səsləndirib.

O, İranın Tel Əvivi məhv edəcəyini deyib:

"Üzümüzü onlara tutub deyirik ki, siz bizə qarşı addım atmaq itəsəniz, Tel-Əvivi yerlə yeksan edəcək, sizə hətta qaçmağa fürsət də verməyəcəyik”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 18-də Münhen Təhlükəsizlik Konfransındakı çıxışında İranın Suriyada hərbi varlığına toxunub. O, , ölkəsi tərəfindən vurulan İranın pilotsuz qurğusunun bir hissəsini namayiş etdirib. Netanyahu deyib ki, İsrail İranın Suriyada hərbi varlığına dözməyəcək:

"Lazım gəlsə, İsrail hətta İrana qarşı hərəkətə keçəcək”.


Rubrikanın digər xəbərləri

Xəbər lenti