Xəzər Xəbər

Anneqret Kramp-Karrenbauer Angela Merkeli əvəz edəcəkmi?

Dünya | 15:56 • 21 Fevral 2018
Anneqret Kramp-Karrenbauer Angela Merkeli əvəz edəcəkmi?

Angela Merkelin Almaniya kansleri vəzifəsində dördüncü müddətə fəaliyyətə başlaması üçün təkcə onun təmsil etdiyi Xristian-Demokratlar İttifaqının (XDİ) fevralın 26-da keçiriləcək qurultayının nümayəndələrinin, həmçinin Almaniya Sosial-Demokratlar Partiyasının (ASDP) sıravi üzvlərinin koalisiya sazişini imzalamağa razılıqlarını almaq qalıb. AZƏRTAC xəbər verir ki, ASDP-nin yazılı "referendum”unun nəticələri martın 4-də elan olunacaq.

Həm mühafizəkarların, həm sosial-demokratların razılıq verəcəyinə ehtimal var. Lakin Almaniyada hər kəs əmindir ki, dördüncü müddət Merkel üçün sonuncu olacaq. XDİ-də hesab edirlər ki, 2021-ci ildə kansler seçkilərində onların namizədi olacaq varis barədə düşünmək vaxtıdır. Axı namizədin təbliği üçün vaxt tələb olunur.

Anneqret Kramp-Karrenbauer belə bir namizəd ola bilər. Bu günlərdə Angela Merkel XDİ-nin baş katibi vəzifəsinə onun namizədliyini təklif edib.

Xəbər lenti