Xəzər Xəbər

Mərkəzi Bankın rəhbəri vəzifəsindən kənarlaşdırıldı KORRUPSİYA

Dünya | 12:16 • 21 Fevral 2018
Mərkəzi Bankın rəhbəri vəzifəsindən kənarlaşdırıldı

Korrupsiya cinayətində şübhəli bilinən Latviya Mərkəzi Bankının rəhbəri İlmar Rimşeviç vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Latviya Korrupsiya ilə Mübarizə Bürosunun nümayəndəsi Laura Duşa bildirib.

Qeyd edək ki, İ. Rimşeviç pul tələb etməkdə və böyük məbləğdə rüşvət almaqda şübhəli bilinir. İstintaq materiallarına əsasən, rüşvətin məbləği azı 100 min avro təşkil edib.

İ. Rimşeviç bundan əvvəl vəzifəsindən getmək istəmədiyini bəyan etmişdi./publika.az

Xəbər lenti