Xəzər Xəbər

Şimali Koreya Maykl Pensi qəbul etmədi SON ANDA

Dünya | 10:50 • 21 Fevral 2018
Şimali Koreya Maykl Pensi qəbul etmədi

Şimali Koreya nümayəndələri ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən son anda imtina ediblər.

Hər iki ölkənin nümayəndə heyətləri arasında Qış Olimpiadası çərçivəsində qısa bir görüş keçirilməsi planlaşdırılırdı. Görüşün ləğv edilməsi ilə bağlı xəbəri mətbuata ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. O deyib ki, Maykl Penslə təşkil ediləcək görüş heç bir açıqlama verilmədən ləğv edilib:

"Vitse-prezidentin Cənubi Koreyaya son səfəri zamanı Şimali Koreyanın nümayəndə heyətinin rəhbərləri ilə qısa görüş keçirməyə imkan yaranıb. Vitse-prezident isə bu fürsətdən istifadə edərək Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramlarından imtina etməsi ilə bağlı müzakirələr aparmağı planlaşdırıb. Lakin son məqamda KXDR-in rəsmi nümayəndələri görüşməkdən imtina etdiklərini bildiriblər. Məyus deyilik, sadəcə KXDR-in bu fürsəti səmərəli şəkildə dəyərləndirməməsinə təəssüf edirik".

Məsələ ilə bağlı Ağ Ev də öz mövqeyini bildirib. Onlar Mayk Pensin Şimali Koreyanın nümayəndə heyəti ilə görüş planlaşdırıdığını təsdiqləyiblər.

Bəzi KİV-lər qeyd ediblər ki, görüşə 2 saat qalmış ABŞ vitse-prezidenti Şimali Koreyanın ünvanına ağır sözlər söyləyib. Bu da görüşün qəfildən təxirə salınmasına səbəb olub./publika.az

Xəbər lenti