Xəzər Xəbər

BMT-nin Baş katibi: "Növbəti hücum elektrik şəbəkələrini iflic edəcək"

Dünya | 10:36 • 21 Fevral 2018
BMT-nin Baş katibi:

Son bir neçə il ərzində dünya ölkələri arasında rəsmi dövlət orqanlarının məxfi məlumatlarına kiberhücumlar edilib. Müşahidə edilən kibermüharibələrin qarşısını almaq üçün yeni təkliflər irəli sürülüb.

Kibermüharibələrin dünya əhalisinin həyatına təsirini azaltmaq məqsədilə Lissabon Universitetində çıxış edən BMT-nin Baş katibi Antonio Quterriş yeni proqnozlar verib. O bildirib ki, növbəti kiberhücumlar elektrik şəbəkələrini məhv edəcək:

"Bu günə qədər müşahidə etdiyimiz kiberhücumların elementlərini incələyərək görürük ki, növbəti müharibə hərbi potensialın məhvi və elektrik şəbəkələri kimi əsas infrastrukturun tamamilə iflic edilməsinə yönələcək".

Baş katib qeyd edib ki, indi dövlətlər arasında qeydə alınan kibermüharibə epizodları gələcək faciəli hadisələrin xəbərçisidir:

"Təklif edirəm ki, BMT-də informasiya texnologiyaları ilə bağlı hər hansı münaqişənin humanist yollarla həlli üçün xüsusi nizami qaydaların hazırlana biləcəyi platforma yaradılsın"./publika.az

Xəbər lenti