Xəzər Xəbər

Britaniyanın XİN rəhbəri brexiti "dəlixana" adlandırıb

Dünya | 10:29 • 21 Fevral 2018
Britaniyanın XİN rəhbəri brexiti "dəlixana" adlandırıb
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson özəl söhbətlər zamanı breksiti dəlixana adlandırıb. XəzərXəbər-in verdiyi məlumata görə, bu barədə "The Telegraph" qəzeti Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, nazir bu fikri Almaniyanın yüksək vəzifəli şəxsləri ilə görüşlər zamanı səsləndirib.

Nəşrin iddiasına görə, Boris Conson bu sözü ilə Avropa Birliyini tərk etməyi yox, ağır danışıqlar prosesini nəzərdə tuub.

Buna qədər Böyük Britaniyanın baş naziri Tereza Mey Almaniya kansleri Angela Merkellə iştirak etdiyi birgə mətbuat konfransında bildirib ki, breksitdən sonra ölkəsi və Aİ arasında əməkdaşlığın genişlənəcəyinə ümidvardır./faktxəbər

Xəbər lenti