Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın Afrin vilayəti problemi ilə bağlı açıqlama verib.
Rusiyalı diplomat açıqlamada rəsmi Dəməşq və Ankaraya
səslənib. O, gərginliyin və problemlərin Dəməşq və Ankara arasında
birbaşa dialoq vasitəsilə həll edilə biləcəyini söyləyib.
"Afrindəki vəziyyət Dəməşq və Ankaranın birbaşa dialoq qurması ilə həll edilə bilər",-deyə Lavrov qeyd edib.