Xəzər Xəbər

Hindistan “Google”da ikinci yerdədir

Dünya | 16:46 • 20 Fevral 2018
Hindistan “Google”da ikinci yerdədir

"Google” axtarış sistemində Pxençxanda Olimpiya Oyunları haqqında sorğuların sayına görə ikinci yeri Hindistan tutur və o, bu siyahıda yalnız ABŞ-dan geri qalır. Bunu Beynəlxalq Olimpiya Komitəsinin (MOK) televiziya və marketinq üzrə idarəçi direktor Timo Lumme bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu məlumatın ona brifinqin lap əvvəlində təqdim edildiyini vurğulayan T.Lumme əlavə edib: "Biz hələ bu məlumatı öyrənməliyik və artıq Olimpiya Oyunlarından sonra ona ətraflı yekun vuracağıq”.

Qeyd edək ki, Oyunlarda cəmi iki hindistanlı atlet iştirak edir.

Fevralın 9-da Pxençxanda start götürən Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.

Xəbər lenti