Xəzər Xəbər

Afrində 60 kənd terrorçulardan azad edilib

Dünya | 16:19 • 20 Fevral 2018
Afrində 60 kənd terrorçulardan azad edilib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.

"Zeytun budağı" əməliyyatında indiyədək 1715 terrorçu zərərsizləşdirilib, 60 kənd PKK, PYD yaraqlılarından azad edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir./Azvision.az

Xəbər lenti