Xəzər Xəbər

Qətərdən Səudiyyəni qəzəbləndirəcək daha bir addım

Dünya | 15:49 • 20 Fevral 2018
Qətərdən Səudiyyəni qəzəbləndirəcək daha bir addım
Qətər regionun altı ölkəsinin daxil olduğu Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasını tərk etməyi düşünmür. Bu açıqlama ilə ölkənin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl-Tani çıxış edib.

"Qətərə qarşı blokada tətbiq edənlər istəyirdi ki, biz bu təşkilatdan çıxaq və yeni qurum yaradaq. Lakin bu alınmayıb. Nə qədər ki, Qətər var, şurada işləməyə davam edəcək",-deyə nazir vurğulayıb.

O, həmçinin bildirib ki, qonşu ölkələr Qətərə qarşı sanksiya tətbiq etməklə Əməkdaşlıq Şurasının nizamnaməsinin bütün müddəalarını pozub.

Qeyd edək ki, Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Oman və Səudiyyə Ərəbistanından ibarətdir. /FaktXəbər

Xəbər lenti