Xəzər Xəbər

Səudiyyənin Taxt-Tac Oyunları: növbəti şahzadə sıradan çıxarıldı

Dünya | 15:16 • 20 Fevral 2018
Səudiyyənin Taxt-Tac Oyunları:

Ər-Riyadda vəliəhd şahzadə Muhəmməd ibn Salmanın fərmanı ilə Parisdə yaşayan 37 yaşlı şahzadə Salman bin Əbdüləziz saxlanılıb. O, qızının, xanımının və atasının gözü qabağında həbs olunub.

Bildirilir ki, 30-dan çox agent saraya soxulub, şahzadəni döyüb və digər şahzadələrdən fərqli olaraq naməlum istiqamətə aparılıb.

Bu həbs, ehtimal ki, taxt uğrunda mübarizənin bir hissəsidir, vəliəhd şahzadə Muhəmməd Bin Salman öz rəqiblərindən xilas olur, çünki kralın qərarına baxmayaraq, vəliəhdin təyinində son söz Andiçmə Şurasının üzvlərinindir.

Hazırda şahzadə Salman naməlum istiqamətdə saxlanılır və ailəsinin onunla rabitəsi yoxdur.

Xatırladaq ki, ötən ilin iyun ayında Səudiyyə Ərəbistanı kralı Salman özünün 31 yaşlı oğlu Muhəmməd bin Salmanı vəliəhd elan etmişdi. Hazırda vəliəhd şahzadə həm də müdafiə naziridir./faktxəbər

Xəbər lenti