Xəzər Xəbər

G20 sammitinin keçiriləcəyi yer məlum oldu

Dünya | 15:04 • 20 Fevral 2018
G20 sammitinin keçiriləcəyi yer məlum oldu
"Böyük İyirmiliyin" sammiti 2019-ci ildə Yaponiyanın Osake şəhərində keçiriləcək. Bu barədə "NHK" telekanalı məlumat yayıb.

Bildirilir ki, müvafiq qərar Yaponiya hökuməti tərəfindən qəbul edilib.

Buna qədər Almaniya kansleri Angela Merkel qeyd etmişdi ki 2018-ci ildə "G20" sammiti Argentinada, 2019-ci ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanında baş tutacaq.

"Böyük İyirmiliyin" sammitinə ilk dəfə 2008-ci ildə Vaşinqtonev sahibliyi edib. Yaponiya sammiti ilk dəfə qəbul edəcək.

Xəbər lenti