Xəzər Xəbər

İranda qəzaya uğrayan ATR-72 təyyarəsinin qalıqları tapılıb

Dünya | 13:21 • 20 Fevral 2018
İranda qəzaya uğrayan ATR-72 təyyarəsinin qalıqları tapılıb

Bazar günü İranda qəzaya uğrayan ATR-72 sərnişin təyyarəsinin qalıqları bir qədər əvvəl aşkarlanıb.


AZƏRTAC İRNA informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarənin bəzi hissələri 4000 metr yüksəklikdəki dağlıq ərazidə tapılıb. İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi Ramezan Şərif məlumatı təsdiqləyib. Onun sözlərinə görə, qəza yerinə xilasedicilər göndərilib.


Xatırladaq ki, Tehran-Yasuc reysini həyata keçirən "Aseman” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi İsfahan vilayətində Dena dağları üzərində – təyinat məntəqəsinə cəmi 25 kilometr qalmış radarlardan itmişdi. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 66 nəfərin (60 sərnişin və 6 ekipaj üzvü) hamısı həlak olub.

Xəbər lenti