Xəzər Xəbər

13 min milyonçu Türkiyəni tərk edib

Dünya | 11:05 • 20 Fevral 2018
13 min milyonçu Türkiyəni tərk edib
Son 3 ildə 13 min milyonçu Türkiyəni tərk edərək xarici ölkələrə gedib.

Bu barədə parlament üçün xaricə gedən vətəndaşlarla bağlı hesabat hazırlayan CHP-li millət vəkili Murat Bakan məlumat verib.

O, bildirib ki, Türkiyəni tərk edən imkanlı şəxslərin sayı son 2 ildə 12 min nəfər təşkil edib. Hesabatda qeyd olunur ki, türklər ölkələrində özlərini təhlükəsiz hesab etmədikləri üçün digər dövlətlərə üz tutublar./sputnik

Xəbər lenti