Xəzər Xəbər

İraqın neft naziri Türkiyəyə gedir

Dünya | 17:25 • 19 Fevral 2018
İraqın neft naziri Türkiyəyə gedir

İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi Türkiyəyə səfər edəcək.


AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, səfər çərçivəsində Kərkük neftinin yenidən Türkiyənin Ceyhan limanına ixracı məsələsi müzakirə ediləcək.


Xatırladaq ki, İraq Kürdüstan Regional Rəhbərliyində keçirilən mübahisəli müstəqillik referendumdan sonra İraq hökumət qüvvələrinin nəzarətinə keçən Kərkükdən ötən ilin oktyabr ayından etibarən Kərkük-Ceyhan boru xətti ilə neft ixracı mümkün olmayıb.

Xəbər lenti