Xəzər Xəbər

Lavrov: ABŞ Suriyada odla oynayır

Dünya | 13:07 • 19 Fevral 2018
Lavrov:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Valday" beynəlxalq diskussiya klubunun açılışında ABŞ-ı Suriyada odla oynamamağa çağırıb. Rusiyalı nazir Birləşmiş Ştatlara xəbərdarlıq edərək Suriyanı parçalamaq planlarına da toxunub.

"Mən bir daha amerikalı həmkarlarımızı odla oynamamağa və bugünki siyasi vəziyyətdən dərhal nəticə çıxarmamağa, regionun bütün xalqları, Suriya əhalisi, o cümlədən kürdlərin uzunmüddətli maraqlarını nəzərə alaraq siyasət yürütməyə çağırıram. Birləşmiş Ştatlarin bəzi planları ilə tanış olduqda - ilk növbədə Ərafatdan şərqə tərəf Suriya, İraq və Türkiyə sərhədindəki planlarla təhlükə görünür",-deyə Lavrov əlavə edib./FaktXəbər

Xəbər lenti