Xəzər Xəbər

Bu olay Çində böyük renazons doğurdu - 2 min illik heykəlin barmağını qopartdı

Dünya | 13:03 • 19 Fevral 2018
Bu olay Çində böyük renazons doğurdu -

Amerikalı ziyarətçi Çinə aid 2000 illik Terrakota döyüşçülərinin heykəllərinin yer aldığı sərgidə, selfi çəkdirdiyi bir heykəlin baş barmağını qopardıb.

Bu olay Çində böyük renazons doğurdu.

Çin mediası Çinin bu olaya böyük diqqət ayırdığı və oğurluğu edən şəxsin sərt bir şəkildə cəzalandırılmasını tələb etdiyini bildirib.

4,5 milyon dəyərində olan heykəl, hal-hazırda Filadelfiyada sərgilən 10 Terrakota heykəlindən biridir.

Hadisə ilə bağlı tutulan 24 yaşlı Maykl Rohana etdiyi əməli boynuna alıb.

Qeyd edək ki, Terrakota döyüşçüləri Çinin sahib olduğu ən önəmli arxeoloji əsərlərdən biridir. Terrakota ordusu həqiqi insan hündürlüyündə olan silahlı heykəllərdən ibarətdir. Heykəllər 1974-cü ildə tapılmışdır./AzNews.az

Xəbər lenti