Xəzər Xəbər

Zərif: İranın Suriyada hərbi bazası yoxdur

Dünya | 11:31 • 19 Fevral 2018
Zərif:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Suriyada hərbi bazasının olmadığını bildirib. XəzərXəbər-in "Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, jurnalistlərin mövzu ilə bağlı sualına cavab verən Zərif, "Yox, Suriyada onlara (hərbi bazalara) sahib deyilik",-deyə bildirib.

Dünən Münhendə təhlükəsizlik konfransında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu iddia edib ki, İran Suriyadakı "Tartus" limanına yerləşməyə çalışır və Təl-Əviv bu bazalarının yaradılmasını əngəlləmək üçün lazım olanı edəcək.

İranın XİN rəhbəri isə konfransdakı çıxışında qeyd edib ki, ABŞ və müttəfiqləri Yaxın Şərqdə öz yanlış qərarlarının nəticələrinə görə əzab çəkir və Münhen təhlükəsizlik konfransı ilə digər beynəlxalq konfransları siyasi isterikaları canlandırmaq məqsədilə istifadə edir.

Xəbər lenti