Xəzər Xəbər

Trampın 11 sentyabrdakı gizli məktubu ÜZƏ ÇIXDI: Orhan Pamuk və...

Dünya | 14:26 • 16 Fevral 2018
Trampın 11 sentyabrdakı gizli məktubu ÜZƏ ÇIXDI:

ABŞ prezidenti Donald Trampın 11 sentyabr 2005-ci il tarixində "Nyu York Tayms” nəşrinə göndərdiyi məktubu ortaya çıxıb.

Prezident məktubda Con Updayk, Filip Rot və Orhan Pamuk kimi yazıçıların əsərlərini oxuduğunu bildirib.

Prezident seçilmədən öncə var-dövlət kralı və multi-milyarder kimi tanınan D.Trampın bu günədək intellektual marağı ilə bağlı heç bir məlumat verilməmişdi. Bu məktubun prezident tərəfindən göndərilməsi şübhələri də özü ilə bərabər ortaya çıxarıb.

Qeyd edək ki, ABŞ prezidenti bu günədək iş dünyasında və həyatda uğur qazanmağa dair 19 kitab yazıb./publika.az

Xəbər lenti