Xəzər Xəbər

Şahzadənin meyiti yandırılacaq

Dünya | 13:48 • 16 Fevral 2018
Şahzadənin meyiti yandırılacaq

Danimarka şahzadəsi Henrikin cənazəsinin aqibəti bəlli olub.

Krallıqdan verilən açıqlamada bildirilib ki, şahzadənin yandırılan cəsədinin külünün yarısı Danimarkada dənizin üzərinə səpiləcək, digər yarısı isə kral ailəsinin Fredensborq sarayındakı özəl bağçasına dəfn ediləcək.

Danimarka adətlərinə görə, kral və kraliça yan-yana dəfn olunur. Lakin şahzadə Henrik ona kral titulu verilmədiyi üçün kraliça olan həyat yoldaşına qəzəblənmiş və onun yanında dəfn olunmamağı vəsiyyət etmişdi.

Xəbər lenti