Xəzər Xəbər

Boyla təhlükəli xəstəlik arasında əlaqə tapıldı

Dünya | 13:16 • 16 Fevral 2018
Boyla təhlükəli xəstəlik arasında əlaqə tapıldı

Uşaqlıqda boyu balaca olanlar böyüyəndə insult risqi ilə üzləşə bilər. Science daily-in verdiyi məlumata görə, bu barədə Kopenhagenli alimlərxəbər verib.

Genetiklər 1930-1989-cu illər arası dünyaya gələn 7-13 yaş arası uşaqların sağlamlıq haqqında məlumatlarını araşdırıblar. Analiz göstərib ki, orta göstəricidən 5-7 sm balaca olan insanlar böyüyəndən sonra 11 faiz daha çox işemik insultla üzləşir.

Araşdırmaçılar vurğulayır ki, insanın boyu genetika ilə müəyyənləşir, həmçinin ana və uşağın qidalanması, infeksiya və stresslə əlaqədardır.

Alimlər hesab edir ki, xəstəlikdən qorunmaq üçün belə uşaqlar həyatları boyu insulta təsir edən faktorlara diqqət göstərməlidir./faktxəbər

Xəbər lenti