Xəzər Xəbər

NATO-dan Türkiyə və Yunanıstana – ÇAĞIRIŞ

Dünya | 18:09 • 15 Fevral 2018
NATO-dan Türkiyə və Yunanıstana

Türkiyə və Yunanıstan Egey dənizində gələcəkdə oxşar gərginliklərin yaşanmaması üçün təzyiqləri azaltmalıdırlar.

Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katib bildirib ki, Yunanıstan və Türkiyənin müdafiə nazirləri ilə müzakirə aparıb.

Stoltenberq əlavə edib ki, tərəflər gərginliyin azaldılması üçün danışıqları davam etdirməlidirlər.

Qeyd edək ki, həftənin ilk günlərində Egey dənizində Kardakla bağlı türk və yunan tərəfi arasında gərginlik yaşanmışdı./teleqraf.com

Xəbər lenti