Xəzər Xəbər

ABŞ-da merliyə namizəd ilk müsəlman qadın ölümlə hədələnir

Dünya | 16:20 • 15 Fevral 2018
ABŞ-da merliyə namizəd ilk müsəlman qadın ölümlə hədələnir

ABŞ-ın Minesota ştatında şəhər merliyinə namizəd ilk müsəlman qadın ölümlə hədələnir.

Al Jazeera-nin verdiyi məlumata görə, buna cavab olaraq Amerika İslam Münasibətləri Şurası (CAİR) məsələ ilə əlaqədar hüquq mühafizə orqanına şikayət edib.

"Biz dövlət və federal orqanlara ölkənin siyasi həyatında rol oynamaq istəyən şəxsə qarşı bu gizli təcavüz hədəsini araşdırmağa çağırırıq", deyə qurumun direktoru Ceylani Hüseyn bildirib.

Qurumdan bildirilir ki, bu müsəlman xanım namizədə qarşı ilk hədə deyil.

"Mən bundan qorxmuram, ancaq istənilən hədə ciddi qəbul edilməlidir. Cəmiyyət üçün xidmət etmək istəyən kəs özünü təhlükədə hiss etməməlidir", - deyə Regina Mustafa Tvitterində bildirib./faktxəbər

Xəbər lenti