Xəzər Xəbər

NATO ölkələri "Hərbi Şengen" yaradır

Dünya | 14:21 • 15 Fevral 2018
NATO ölkələri "Hərbi Şengen" yaradır

NATO-ya üzv dövlətlərin müdafiə nazirləri Şimali Atlantika Alyansının Avropa sərhədlərində "Hərbi Şengen" zonası yaratmaq qərarına gəlib.

İttifaq ölkələrinin müdafiə nazirləri Brüsseldə keçirilən görüşdə bu təklifi qəbul edib.

Müdafiə nazirləri Avropada hərbi qüvvələrin köçürülməsini təmin etmək üçün komanda heyətinin yaradılmasını təsdiqləyiblər.

Lakin müşahidəçilər bunun o qədər də asan olmayacağını qeyd edirlər. Belə ki, Avropa Birliyində yolların, körpülərin və tunellərin hərbi məqsədlə istifadəsi nəzərdə tutulmadığından müəyyən qədər çətinlik yaşanacağı aydındır./AzNews.az

Xəbər lenti