Xəzər Xəbər

Poroşenko Ukraynanın AB və NATO-ya üzv olacağına əmindir

Dünya | 14:16 • 15 Fevral 2018
Poroşenko Ukraynanın AB və NATO-ya üzv olacağına əmindir

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin gələcəkdə Avropa Birliyinə və NATO-ya üzv olacağına əminliyini bildirib.

"Mən gələcəkdə Ukraynanın Avropa Birliyinə üzv olacağına və onların (Maydanda vəfat edənlərin) sayəsində NATO-ya üzv olacağına ümid edirəm", deyə Poroşenko bildirib. O, 2014-cü ildə Maydanda öldürülənlərin xatirəsinə kompleks tikilməsi üçün açıq tenderin elan edilməsi münasibətilə hamını təbrik edib.

Ukrayna prezidenti Maydanda öldürülənlərin sayəsində Ukraynanın "Rus İmperiyası"nı tərk etdiyini və Avropaya qayıtdığını qeyd edib.

Xəbər lenti