Xəzər Xəbər

Ceyms Mattis: ABŞ terror təhdidləri ilə mübarizədə Türkiyənin yanındadır

Dünya | 14:13 • 15 Fevral 2018
Ceyms Mattis: ABŞ terror təhdidləri ilə mübarizədə Türkiyənin yanındadır

ABŞ-ın müdafiə naziri Ceyms Mattis ABŞ-ın PKK və digər terror təhdidləri ilə mübarizədə Türkiyənin yanında olmağa davam edəcəyini deyib.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Pentaqondan yayılan açıqlamada Mattis ilə Türkiyənin milli müdafiə naziri Nureddin Canıklının iki ölkə arasında uzun müddətdən bəri davam edən müdafiə əlaqələrinə yenidən baxılması üçün Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində görüşdükləri bildirilib. Qeyd olunub ki, görüşdə Pentaqonun başçısı Türkiyənin İŞİD terror qruplaşması ilə mübarizəyə və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrə görə Canıklıya təşəkkür edib.

Məlumatda, həmçinin Mattis və Canıklının müdafiə sahəsində ikitərəfli fəaliyyəti və iş birliyini daha da gücləndirmək, bununla bağlı müzakirələri davam etdirmək barədə razılığa gəldikləri deyilir.

Xatırladaq ki, bu gün ABŞ Dövlət Departamentinin katibi Reks Tillersonun Ankaraya səfər edəcəyi gözlənilir.

Xəbər lenti