Xəzər Xəbər

Çin xoruz ilindən it ilinə girir

Dünya | 13:05 • 15 Fevral 2018
Çin xoruz ilindən it ilinə girir

On iki heyvanın təmsil olunduğu Çin Ay Təqviminə görə, bu gecə xoruz ilini it ili əvəz edəcək. Bahar bayramı kimi də adlandırılan Çin Yeni İli ölkənin ən mühüm milli bayramı sayılır.

Çinin heyvan bürclərinə görə müdriklik, dostluq və səbri təmsil edən it ilinin sakit və bərəkətli olması üçün insanlar evlərində ailələri ilə birgə yemək yeyir, qohumlarını ziyarət edir və bir-birinə hədiyyələr verərək bayram sevincini paylaşırlar.

Fevralın 16-dan etibarən bayramla əlaqədar ölkədə 7 günlük rəsmi tətil başlayır. Çinin 1,42 milyona çatan əhalisinin təxminən 300 milyonu qeydiyyata alındığı bölgələrdən kənarda – böyük şəhərlərdə işləyir. Onların Yeni İli qeyd etmək üçün əyalətlərinə qayıtması səbəbindən Pekin, Şanxay və digər meqapolislər boşalır.

Bahar bayramı Sinqapur, Malayziya, İndoneziya, Tailand və Yaponiya kimi digər Asiya ölkələrində də qeyd edilir.

Xəbər lenti