Xəzər Xəbər

CAR-ın prezidenti istefa verib

Dünya | 12:24 • 15 Fevral 2018
CAR-ın prezidenti istefa verib

Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zuma keçirdiyi mətbuat konfransında vəzifəsindən rəsmən istefa verdiyini bəyan edib.

Xezerxeber.az Anadolu agentliyinə istinadən məlumat verir ki, 75 yaşlı Zuma ölkəsi üçün əlindən gələni etdiyini, lakin bu addımı partiyasının parçalanmaması üçün atdığını deyib. CAR-ın hakim Afrika milli konqresi partiyasının mətbuata bəyanatında istefanın qəbul olunduğu, ölkə və partiya qarşısında 60 illik xidmətlərinə görə Zumaya təşəkkür etdikləri, yeni prezident seçkilərində partiyanın sədri Siril Ramafosanı namizəd olaraq gördükləri bildirilir.

Xatırladaq ki, hakim Afrika milli konqresi partiyası istefaya getməsi üçün Prezident Ceykob Zumaya iki gün vaxt vermişdi. Əgər Zuma istefa verməsə, etimadsızlıq votumu keçirilməsi qərara alınmışdı. Onun ikinci prezidentlik müddəti 2019-cu ilin mayında başa çatmalı idi.

Xəbər lenti