Xəzər Xəbər

USAID-nin administrator köməkçisi Azərbaycana səfər edəcək

Dünya | 09:29 • 15 Fevral 2018
USAID-nin administrator köməkçisi Azərbaycana səfər edəcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə administrator köməkçisi Brok Bierman fevralın 14-dən martın 8-dək Kosovo, Makedoniya, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu, Biermanın cari ilin əvvəlində agentlikdə işə başlamasından sonra bölgəyə ilk səfəri olacaq.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bierman Kosovoda donorlarla, sahibkarlara və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək və USAID-nin maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə tanış olacaq. Sonra Bierman Makedoniya hökumətinin üzvləri, qeyri-hökumət təşkilatları və xüsusi sektor nümayəndələri ilə görüşmək üçün Makedoniyaya gedəcək. Özəl sektorun məşğulluğunun gücləndirilməsi, gənclərin inkişafı və müstəqil KİV-lərin dəstəklənməsi imkanlarını müzakirə edəcək.


Agentliyin yaydığı məlumata görə, Azərbaycanda administrator köməkçisi hökumət rəsmilərinin nümayəndələri ilə görüşəcək və USAID-nin kənd təsərrüfatı layihələrinin reallaşdırıldığı yerlərə səfər edəcək. Daha sonra ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyasının iqtisadi, ticarət və enerji iş qrupunun həmsədri qismində Gürcüstana gedəcək.

Xəbər lenti