Xəzər Xəbər

ABŞ-da məktəbə silahlı hücum olub, 17 nəfər ölüb - FOTO

Dünya | 09:01 • 15 Fevral 2018
ABŞ-da məktəbə silahlı hücum olub, 17 nəfər ölüb -

ABŞ-ın Parkland şəhərində (Florida ştatı) "Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib.

Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Brouder dairəsinin şerifi Skott İsrael bildirib.

Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. "Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var”, deyə S.İsrael əlavə edib. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürülüldüyünü təsdiqləyib.

"Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib”, deyə S.İsrael bildirib.

Qeyd edək ki, Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir.

Xəbər lenti