Xəzər Xəbər

Bir neçə saatlıq dünyanın ən varlı adamı oldu

Dünya | 16:34 • 13 Fevral 2018
Bir neçə saatlıq dünyanın ən varlı adamı oldu

Belçikalı kişi 35 avroluq əməliyyat üçün banka üz tutunca hesabına səhvən 2 trilyon avrodan çox pul yatırılıb.

Bir müddət dünyanın ən zəngin insanı ünvanına sahib olsa da bu qısa sürüb. Belə ki, bank əməkdaşının səhvi üzündən belçikalının hesabına 35 avro əvəzinə 2 trilyon 35 avro yatırılıb.

Hesabındakı pulu görən kişi öncə təəccüblənsə də bank əməkdaşlarına xəbər verərək onlardan səhvlərini düzəltmələrini istəyib.AzNews.az

Xəbər lenti