Xəzər Xəbər

Los-Ancelesdə təyyarə uçmamış alışdı - 144 nəfər təxliyə edildi

Dünya | 10:27 • 13 Fevral 2018
Los-Ancelesdə təyyarə uçmamış alışdı -

Amerikanın "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın təyyarə Los-Anceles beynəlxalq aeroportunda uçmamışdan əvvəl baş verib.

Yanğının ehtiyat blokda baş verdiyi bildirilir, bununla əlaqədar dərhal təxliyə qərarı verilib.

Təyyarədə 139 sərnişin və 5 ekipaj üzü olub. Təxliyə zamanı sərnişin və ekipaj üzvlərindən heç kimin xəsarət almadığı bildirilib.

Məlumata görə, təyyarə Los-Ancelesdən San-Xoseyə uçmalı imiş.

Xəbər lenti