Xəzər Xəbər

BMT-nin baş katibi Ümumdünya Radio Günü ilə əlaqədar müraciət yayıb

Dünya | 10:26 • 13 Fevral 2018
BMT-nin baş katibi Ümumdünya Radio Günü ilə əlaqədar müraciət yayıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ümumdünya Radio Günü ilə əlaqədar müraciət yayıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, baş katib radionun dünyada ən geniş auditoriyaya malik olduğunu bildirir. O qeyd edir ki, kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır. Radio icmaları birləşdirə və gücləndirə bilər, çətin durumda olanlara isə eşidilmək imkanı verir.


"Bu il Qış Olimpiya Oyunlarının davam etdiyi bir vaxtda biz idman yarışları yayımının insanları bir yerdə həyəcanlandırmaq və nailiyyətlərə sevindirməklə bir araya gətirdiyinin bir çox nümunələrini görürük.


Gəlin Ümumdünya Radio Günündə insanlara potensiallarını tam göstərməyə kömək edən həm radio, həm də idmana layiq olduqları dəyəri verək”, - deyə Antonio Quterreş müraciətində qeyd edir.

Xəbər lenti