Xəzər Xəbər

Venesuela BMT-də səsvermə hüququndan məhrum edilib - SƏBƏB

Dünya | 09:58 • 13 Fevral 2018
Venesuela BMT-də səsvermə hüququndan məhrum edilib -

Birləşmiş Millətlər Təşkilatının (BMT) normalarına uyğun olaraq, Venesuela borcları səbəbindən BMT Baş Assambleyası çərçivəsində səsvermə hüququndan müvəqqəti olaraq məhrum edilib.


Xezerxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayının sonuna olan borcluların siyahısında Venesuela ilə yanaşı, Mərkəzi Afrika Respublikası, Dominika, Ekvatorial Qvineya, Qrenada, Liviya, Surinam və Yəmən də yer alıb.

Qeyd edək ki, Venesuela daha əvvəl - 2017-ci ildə də BMT-də səsvermə hüququndan məhrum edilib.

Xəbər lenti