Xəzər Xəbər

Mahmud Abbas: "Fələstin ABŞ-la istənilən formada əməkdaşlıqdan imtina edir"

Dünya | 09:58 • 13 Fevral 2018
Mahmud Abbas: "Fələstin ABŞ-la istənilən formada əməkdaşlıqdan imtina edir"

Fələstin rəsmi Vaşinqtonun hərəkətləri ilə əlaqədar, o cümlədən Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə görə Birləşmiş Ştatlarla istənilən formada əməkdaşlıqdan imtina edir.


"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşün gedişatında Fələstin lideri Mahmud Abbas bildirib.


Abbasın sözlərinə görə, Vaşinqtonun ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında qərarı Fələstin üçün şillədir.


"ABŞ-ın hərəkətləri ilə yaradılmış belə mühitdə indiki andan amerikalılarla, onların hər hansı növ statusunda, əməkdaşlıqdan imtina edirik. Çünki biz onların hərəkətlərinə qarşı çıxırıq", - deyə o bildirib.


Qeyd edək ki, daha əvvəl Tramp ABŞ-ın vitse-prezidenti Mayk Pensin Yaxın Şərqə səfəri zamanı ona qarşı edilən "hörmətsilizyə" görə Fələstini maddi yardımdan məhrum etməsi ilə hədələyib.

Xəbər lenti