Xəzər Xəbər

Vinsent Rey: Ermənistan Metsamor AES-in bağlanmasına dair Aİ-nin tələbini yerinə yetirmir

Dünya | 09:15 • 13 Fevral 2018
Vinsent Rey: Ermənistan Metsamor AES-in bağlanmasına dair Aİ-nin tələbini yerinə yetirmir

Metsamor AES təkcə region üçün deyil, bütövlükdə Avropa üçün ciddi təhlükə mənbəyidir.


AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin gənclər və idman komitəsinin sədri, Avronest Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov bu qurumun siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin Tbilisidə keçirilən iclasında səsləndirib.


F.Muradov Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Reyə sualla müraciət edib və Metsamor AES-in bağlanması ilə bağlı Aİ-nin hansı alətlərdən istifadə edə biləcəyini soruşub. V.Rey Aİ-nin Ermənistandan Metsamor AES-in bağlanmasını tələb etdiyini, lakin Ermənistanın bu tələbi hələ də yerinə yetirmədiyini diqqətə çatdırıb.


Avronest PA-nın həmsədri Rebeka Harms da Metsamor AES-lə bağlı Azərbaycan nümayəndə heyətinin mövqeyini dəstəkləyib.


Azərbaycan nümayəndə heyəti, həmçinin Metsamor AES-lə bağlı məsələnin Avronest PA-nın xüsusi məruzəsinə daxil olunmasını təklif edib.

Xəbər lenti