Xəzər Xəbər

Kiçik Donald Trampın həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Dünya | 09:10 • 13 Fevral 2018
Kiçik Donald Trampın həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Kiçik Donald Trampın həyat yoldaşı Vanessa Tramp səhər saatlarında içərinsində mənbəyi məlum olmayan ağ tozla dolu olan paketi açdıqdan sonra ciddi öskürək və ürək bulanmasından şikayətlənib və o, xəstəxanaya yerləşdirilib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhər polisindən verilən məlumata görə, 40 yaşlı Vanessa Tramp Nyu-York şəhərinin "Presbyterian Weill Cornell” adlı Tibb Mərkəzində həkimlərin nəzarəti altındadır.


Qeyd edək ki, kiçik Donald Tramp ABŞ Prezidentinin böyük oğludur.

Xəbər lenti