Xəzər Xəbər

Saakaşvili saxlanıldı

Dünya | 17:47 • 12 Fevral 2018
Saakaşvili saxlanıldı

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb.

Trend-in məlumatına görə, bunu M.Saakaşvilinin vəkili Pavel Boqomazov deyib.

Məlumatda qeyd olunur ki, sabiq prezident Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və naməlum istiqamətdə aparılıb.

Ölkənin Daxili İşlər Nazirliyi M.Saakaşvilinin saxlanıldığını təsdiqləsə də, təfərrüatlar barədə məlumat verməyib.

Xəbər lenti