Xəzər Xəbər

Afrində 1369 terrorçu məhv edilib

Dünya | 16:42 • 12 Fevral 2018
Afrində 1369 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsinin PKK/PYD/YPG/KCK və İŞİD terrorçularından təmizləmək üçün yanvarın 20-də başladığı "Zeytun budağı” əməliyyatı çərçivəsində 1369 terrorçu məhv edilib. 


Xezerxeber.az bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı məlumatda əksini tapıb.

Ötən dövr ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində terror təşkilatına məxsus 627 hədəf məhv edilib. 51 məntəqə terrorçulardan təmizlənib. 

Həmçinin indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb.


Xəbər lenti