Xəzər Xəbər

Daha bir supergüc Suriyaya girir Yaxın Şərq yenidən ALOVLANIR

Dünya | 15:10 • 12 Fevral 2018
Daha bir supergüc Suriyaya girir
ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv şəkildə rol oynamaq istədiyini açıqlayıb.

Çinin Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində böyük rol oynayacağını bildirib.

Çinli diplomat "Suriyanın inkişafı və yenidən inşası üçün hərəkətə keçməyin zamanı məncə artıq gəldi. Çin bu prosesdə Suriya xalqı və hökumətinə daha çox yardım edərək rolunu artıracaq”,- deyə bildirib.



Çinin "Global Times” nəşri 2017-ci ilin aprel ayından indiyə kimi bu ölkənin 30-a yaxın iş adamının Suriyaya gedərək, investisiya potensialını araşdırdığını yazıb.

Lakin Çinin Suriyada aktiv hərəkət etməsi ABŞ-ın maraqlarına ziddir. Bu baxımdan, Yaxın Şərqdə ABŞ-Çin qarşıdurmasının başlayacağı və bölgənin daha şiddətli formada yenidən alovlanması gözləniləndir./publika.az

Xəbər lenti