Xəzər Xəbər

Lavrov və Çavuşoğlu Suriya nizamlanmasını müzakirə ediblər

Dünya | 08:48 • 12 Fevral 2018
Lavrov və Çavuşoğlu Suriya nizamlanmasını müzakirə ediblər

Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi telefon danışığı zamanı Soçidə yanvarın 30-da keçirilmiş milli dialoq konqresinin yekunları nəzərə alınmaqla Suriyadakı böhranın Astana formatında nizamlanması məsələsini müzakirə edib.


Xezerxeber.az-ın xcəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.

Qeyd edək ki, Soçidə yanvarın 30-da keçirilmiş milli dialoq konqresi Konstitusiya komissiyasının yaradılmasına dair qərar qəbul edib. Komissiya Cenevrədə fəaliyyət göstərəcək. İraq və digər ölkələrin nümayəndə heyətləri konqresdə müşahidəçi qismində iştirak ediblər.

Xəbər lenti