Xəzər Xəbər

Moldovada Səhiyyə Nazirliyinin vəzifəliləri və həkimlər həbs ediliblər

Dünya | 08:47 • 12 Fevral 2018
Moldovada Səhiyyə Nazirliyinin vəzifəliləri və həkimlər həbs ediliblər

Moldovanın paytaxtı Kişineuda dərman fırıldağında ittiham edilən 9 nəfər həbs edilib.


Yerli mətbuat xəbər verir ki, şəhər məhkəməsinin qərarı ilə 3 nəfər istintaq təcridxanasına göndərilib, 6 nəfər barəsində isə ev dustaqlığı hökmü çıxarılıb.


Həbs olunanlar arasında Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, həkimlər və əczaçılıq şirkətinin nümayəndələri də var.


İstintaq zamanı onlar barəsində ittiham təsdiqlənərsə, barələrində 6 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.

Xəbər lenti